Mikayıl Cabbarov: “Azərbaycanda Zərgərlər Assosiasiyasının yaradılması planlaşdırılır”
![](https://interval.az/wp-content/uploads/2019/12/mikayil-cabbarov-760x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Azərbaycanda Zərgərlər Assosiasiyasının yaradılması planlaşdırılır.
İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” adlı konfransda deyib.
Nazir bildirib ki, ölkədə zərgərlik işinin dəstəklənməsinin təmin olunması üçün Zərgərlik Assosiasiyasının yaradılması zəruridir.
Onun sözlərinə görə, ölkənin sosial-iqtisadi inkişafı çərçivəsində İqtisadiyyat Nazirliyi qarşısında dayanan əsas tapşırıqlardan biri kiçik və orta sahibkarlıq sahələrində orta və uzun müddətdə rəqabətin təmin olunmasıdır:
“Bu, qiymətli metalların hasilatında və xüsusilə də zərgərlik biznesinin inkişafı kimi tapşırıqlarda əks olunur”.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Mikayıl Cabbarov: “Azərbaycanda Zərgərlər Assosiasiyasının yaradılması planlaşdırılır” üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)