MSK sədri müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi ilə bağlı iddialara aydınlıq gətirdi


Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərlə bağlı müraciətlərin poçt tərəfindən qəsdən gecikdilməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
İnterval.Az Trend-ə istinadən bildirir ki, M.Pənahovun MSK-nın iclasında dediyinə görə, bu məlumatların heç bir əsası yoxdur. O qeyd edib ki, MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür: “Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hanısa məqsədlər üçün edir”.

MSK sədri müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi ilə bağlı iddialara aydınlıq gətirdi üçün şərhlər bağlıdır
Bütün xəbərlər
