Müdafiə naziri Anjey Kaspşiklə görüşüb

Fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

İnterval.Az-ın məlumatına görə, Milli.Az Müdafiə Nazirliyinin istinadən xəbər verir ki, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.


Bütün xəbərlər