Müharibənin Ukraynaya vurduğu ziyanın yeni məbləği açıqlandı

 

Martın 17-nə olan məlumata görə, irimiqyaslı hərbi əməliyyatlar nəticəsində Rusiya qoşunlarının Ukraynaya vurduğu zərərin məbləği 1,8 trilyon qrivenə (62,6 milyard dollar) çatıb.

Interval.Az xəbər verir ki, hesablamalara görə, hesablamalarına görə, hazırda Ukraynada ən azı 411 təhsil müəssisəsi, 36 səhiyyə müəssisəsi, 1600 yaşayış binası, 26 fabrik və onların anbarı, 15 hava limanı, 6 istilik elektrik stansiyası/su elektrik stansiyası zədələnib, dağılıb və ya ələ keçirilib.

Bundan başqa, 15 min kilometrdən çox avtomobil yolu, 5 min kilometr dəmir yolu, 350 körpü və körpü keçidləri “itirilib”.

Interval.Az


Bütün xəbərlər