Naxçıvan DİN-ə yeni BMW-lər verildi
#NAXÇIVAN#DAXİLİ İŞLƏR NAZİRLİYİ
![](https://interval.az/wp-content/uploads/2022/12/d5ba23ee-81f7-4ba2-8c40-28a381cf6909-845x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Interval.Az xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 9 yeni xidməti avtomobil təqdim edilib.
1 ədəd “Toyota Land Cruiser” markalı avtomobil rəhbər heyət, 6 ədəd “Fiat Doblo” markalı avtomobil post-patrul və 2 ədəd “BMW” markalı avtomobil isə yol-patrul xidməti üçün nəzərdə tutulub.
Qeyd edək ki, post-patrul, növbətçi hissə və çevik polis alayı, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan “Fiat Doblo” və “BMW” markalı avtomobillər xidmətin operativliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə, səsgücləndirici və sayrışan işıq sisteminə malikdir.
Zamiq Yunisov
Interval.Az
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Naxçıvan DİN-ə yeni BMW-lər verildi üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)