Nazir 35 yaşadək olan gənc müəllimlərin sayını açıqlayıb
![](https://interval.az/wp-content/uploads/2021/02/Emin_interval.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
“Bu gün 2 Fevral –Gənclər Günü ilə bağlı gənc müəllimlərlə görüşdüm. Təhsilimizin inkişafında gənc müəllimlərimizin rolu danılmazdır”.
Bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində bildirib.
O qeyd edib ki, ölkənin ümumi təhsil müəssisələrində 141 749 müəllim çalışır, onlardan 38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir:
“Gənc müəllimlərimizin simasında bütün gəncləri 2 Fevral – Gənclər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıram”.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Nazir 35 yaşadək olan gənc müəllimlərin sayını açıqlayıb üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)