Neftin qiyməti “OPEC+” razılaşmasından sonra artıb


“Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında aprelin 14-ü saat 04:44 (GMT+4) üçün 4,4 faiz qalxaraq 32,85 dollar/barel təşkil edib.
İnterval.Az xəbər verir ki, Trend-in “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, neftin qiymətində artım “OPEC plus” ölkələrinin neft hasilatının azaldılması üzrə razılaşmasından sonra müşahidə edilib.
Bundan əlavə, “WTI” markalı neftin fyuçerslərinin qiyməti isə 6,8 faiz qalxaraq, 24,31 dollar/barel təşkil edib.

Neftin qiyməti “OPEC+” razılaşmasından sonra artıb üçün şərhlər bağlıdır
Bütün xəbərlər
