“Ola bilsin ki, pandemiyanın sona çatdığı elan olunsun”

Koronavirusa qarşı peyvəndlərin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur.

Interval.Az  xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib.

Nazir bildirib ki, gözləntilər elədir ki, kollektiv immunitet nəticəsində ola bilsin ki, pandemiyanın sona çatdığı elan olunsun.

“Amma çox ehtiyatlı olmalyıq. Payız ayına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa ola bilsin ki, COVİD 19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”, – deyə nazir əlavə edib.

Interval.Az

 


Bütün xəbərlər