Paşinyan hərbçilərin cəsədlərini soyuducularda gizlətdirib

Ermənistanın rəhbərliyi İkinci Qarabağ Savaşındakı itkilərinin real miqyasını hələ də açıqlamır, gerçək tələfatı əks etdirən rəqəmləri  gizlədir.

Müstəqil ekspertlərin və İrəvandakı qeyri-hökumət təşkilatlarının hesablamalarına görə, savaşda Ermənistanın ən azı 7 min vətəndaşı həlak olub.

Ermənistanın Müdafiə Nazirliyi isə 44 günlük savaşda 3200 hərbçinin həlak olduğunu israrla bəyan edir.

Halbuki rəqəmlər dəfələrlə artıqdır. Sadəcə, ermənilərin Müdafiə Nazirliyi həlak olanların qalıqlarını ya gizli şəkildə dəfn edir, ya da ən müxtəlif yerlərdə saxlayır.

Ermənistanın Mesamor şəhərindəki morqun yanında saxlanmış refrijiratorlarda Qarabağ savaşında həlak olmuş erməni əsgərlərin və zabitlərin cəsədlərinin qalıqları var.

Soyuducu refrijirator-qoşquların üzərində “Spayka” şirkətinin loqotipi var.

Şirkət bu qoşquların Ermənistanın Müdafiə Nazirliyinə “xidməti istifadə” üçün verildiyini təsdiqləyib.

Beynəlxalq yükdaşımalarla məşğul olan “Spayka” şirkətinin sahibi Davit Kazaryan ötən il baş nazir Nikol Paşinyanın birbaşa göstərişi ilə həbs olunmuşdu. Şirkət 2 milyard dram məbləğində vəsaiti vergilərdən yayındırmaqla suçlanırdı. Hətta Paşinyanın adamları “Spayka”nı ələ keçirmək istəyirdilər.

D.Kazaryan büdcəyə 1 milyard dram ödəyib 3 ay həbsdə qalandan sonra azadlığa buraxılmışdı.

Həbsdən çıxan kimi siyasi mövqeyini dəyişən D.Kazaryan qısa müddət ərzində Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyanla “dostlaşdı”. A.Simonyan da biznesmenə N.Paşinyanın qəbul otağının qapılarını açdı.

Cinayət işi “unuduldu” və D.Kazaryan baş nazirin “inanılmış iş adamı” oldu.

N.Paşinyan hətta onu “Ermənistanın işgüzar dairələrinin nümayəndəsi” kimi qəbul da etmişdi.

“Spayka”nın soyuducu revrijerator-qoşqularının ötən ilin noyabr ayından bəri Mesamorda morqun yanında saxlandığı deyilir.


Bütün xəbərlər