Prezident: Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır
![](https://interval.az/wp-content/uploads/2021/12/ilham_aliyev_2020_51-1-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası – ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır.
İnterval.Az bildirir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
Yeni Azərbaycan Partiyasının yaranması bütövlükdə bütün ölkəmizdə böyük əks-səda doğurduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir”.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)