Prezident bu qanunu təsdiqlədi

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Interval.Az bildirir ki, Qanuna əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “2023-cü” sözləri “2024-cü” sözləri ilə əvəz edilib.

Bu Qanun 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Zamiq Yunisov  

Interval.Az

 

Prezident bu qanunu təsdiqlədi üçün şərhlər bağlıdır

Bütün xəbərlər