Prezident İlham Əliyevə “Togg” avtomobili təqdim ediləcək
Prezident İlham Əliyevə Türkiyə istehsalı olan “Togg” avtomobili təqdim ediləcək.
Interval.Az bildirir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.
O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın istifadə edəcəyi “Togg” bazar ertəsi Türkiyə dövlət başçısına təhvil veriləcək.
“Daha sonra ikinci avtomobil Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək”, – deyə nazir əlavə edib.
Yıldray Arslan
Interval.Az
Prezident İlham Əliyevə “Togg” avtomobili təqdim ediləcək üçün şərhlər bağlıdır