Prezident İlham Əliyev Biləsuvar rayon icra başçısını vəzifəsindən azad etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.H.Quliyevin Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

Prezident İlham Əliyev Biləsuvar rayon icra başçısını vəzifəsindən azad etdi üçün şərhlər bağlıdır
Bütün xəbərlər
