Prezident İlham Əliyev Kəlbəcər Rayon İcra Hakimiyyətinə yeni başçı təyin etdi

Prezident İlham Əliyev A.B.Qocayevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

İnterval.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.


Bütün xəbərlər