Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
![](https://interval.az/wp-content/uploads/2020/02/ilham_aliyev_2020_001-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
İnterval.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Vanda baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)