Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edib.

İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Rusiya Prezidentini və dost Rusiya xalqını təbrik edib.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, bayram münasibətilə Azərbaycan Prezidentinə və dost Azərbaycan xalqına təbriklərini çatdırıb.

Dövlət başçıları koronavirusla mübarizə istiqamətində görülən işlər və ölkələrimizin bu sahədə əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər