Putin görüşə hazırdır

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Interval.Az  bildirir ki, Fransa prezidentinin qeyd etdiyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyinin təmin edilməsi mexanizminin işlənib hazırlanması məqsədilə Çernobıl zonasında üçtərəfli (AEBA-Rusiya-Ukrayna) görüşünün keçirilməsi təklifini şərh edərkən Vladimir Putin bildirib ki, prinsipcə, bu ideya faydalı ola bilər, lakin belə bir görüşün videokonfrans formatında, yaxud üçüncü ölkədə keçirilməsi barədə düşünməyə dəyər.

Qeyd olunur ki, Putin Rusiya nümayəndə heyətinin Ukrayna nümayəndələri ilə apardığı danışıqlarda vəziyyətlə bağlı da məlumat verib. Rusiyanın məlum tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsi ilə dialoqu davam etdirməyə hazır olduqları bildirilib.

Müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılıq əldə olunub.

Interval.Az


Bütün xəbərlər