Putin son üç ildə ilk dəfə…
![](https://interval.az/wp-content/uploads/2020/12/vladimir_putin_111217_4.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Minskə birgünlük işgüzar səfərə gedəcək və burada Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.
Interval.Az bildirir ki, iki ölkənin liderləri müntəzəm olaraq, o cümlədən şəxsən və telefonla əlaqə saxlayırlar.
Son üç ildə onların bütün genişmiqyaslı ikitərəfli danışıqları Rusiyada aparılıb.
Putin 2019-cu ilin iyunundan bəri ilk dəfə Belarusa səfər edəcək.
Kremlin mətbuat xidmətinin qeyd etdiyi kimi, Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin əsas məsələlərini, həmçinin beynəlxalq və aktual mövzuları müzakirə etmək planlaşdırılır.
Zamiq Yunisov
Interval.Az
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Putin son üç ildə ilk dəfə… üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)