Putin və Tramp neft bazarlarındakı vəziyyəti müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

İnterval.Az xəbər verir ki, Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı neft bazarlarındakı vəziyyəti müzakirə ediblər.

Rusiya və ABŞ liderləri OPEC+ formatında neft hasilatının azaldılmasına dair razılaşmanın vacibliyini vurğulayıblar.

Tərəflər, həmçinin strateji təhlükəsizliyin təmin olunması üzrə aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Bütün xəbərlər