Qardaş ölkələrin XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə etdilər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışıb.
Interval.az xəbər verir ki, bu barədə C.Bayramov məlumat verib.
“Qardaşım Mövlud Çavuşoğlu ilə baş tutan telefon danışığında bölgədəki ən son vəziyyəti, üçtərəfli bəyanatların icrası məsələlərini, 3+3 formatında əməkdaşlıq platformasının perspektivlərini, habelə qarşıdan gələn İƏT nazirlər görüşünü müzakirə etdik”, – XİN rəhbəri qeyd edib.
Qardaş ölkələrin XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə etdilər üçün şərhlər bağlıdır