Qazaxıstanın yeni Baş naziri seçilib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Alixan Smailovun Baş nazir vəzifəsinə namizədliyini ölkənin Parlament Məclisinin (parlamentin aşağı palatası) müzakirəsinə təqdim edib.
Interval.az xəbər verir ki, Prezident Tokayev parlamentin iclasında videobağlantı vasitəsilə çıxış edərək deputatlara Alixan Smailovun hökumət başçısı vəzifəsinə namizədliyinə baxmağı təklif edib.
İclasda A. Smailovun lehinə 89 nəfər səs verib və o, ölkənin yeni Baş naziri seçilib.
Qazaxıstanın yeni Baş naziri seçilib üçün şərhlər bağlıdır