Qazın kəskin bahalaşması Britaniyada şirkətləri müflisləşdirir

Böyük Britaniiyada qaz qiymətlərinin artması ilə əlaqədar bir sıra enerji tədarükçüləri müflisləşdiyini elan edib.

Bu həftə üç enerji tədarükçü şirkəti – “Igloo Energy Supply”, “Enstroga” və “Symbio Energy” müflis olub.

“Igloo Energy Supply” öz açıqlamasında yüksək qaz qiymətləri ilə əlaqədar mövcud şəraitlərdə işləməyin mümkün olmadığını bildirib.

Ümumilikdə avqustun əvvəlindən başlayaraq Böyük Britaniyada 1,7 milyon abunəçiyə xidmət göstərən beş enerji tədarükçüsü fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Avropa birjalarında oktyabrın 1-də təbii qazın qiyməti min kubmetr üçün 1 200 dollara çatıb. Halbuki avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər