Qırğızıstan XİN rəhbəri Azərbaycana gəlib

Qırğızıstan Xarici İşlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edib.

İnterval.Az xəbər verir ki, bu barədə Trend-ə Qırğızıstan səfirliyindən bildiriblər.

Qeyd olunub ki, o fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak edəcək.

Nazir Azərbaycana nümayəndə heyətinin müşayiəti ilə gəlib.


Bütün xəbərlər