Quru sərhədlərin açılması ilə bağlı xəbərə rəsmi münasibət

Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərinin açılması məsələsi Operativ Qərargahın səlahiyyətinə daxildir.

Interval.Az xəbər verir ki, bu barədə Azərbaycanın quru sərhədlərinin açılmasının mümkünlüyünə dair sualı cavablandıran Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycanın Rusiya ilə sərhədində “Xanoba” gömrük postunun açılış mərasiminin kuluarlarında jurnlistlərə deyib.

Onun sözlərinə görə, epidemioloji vəziyyətdən asılı olaraq müvafiq qərarlar qəbul ediləcək.

“Mən konkret müddətləri deyə bilmərəm, lakin deyə bilərəm ki, epidemioloji vəziyyətdən asılı olaraq Operativ Qərargah müvafiq qərarlar qəbul edəcək”, – Şahin Mustafayev deyib.

Qeyd edək ki, martın 17-də yenidənqurmadan sonra “Xanoba” gömrük postunun istismara verilməsi mərasimi baş tutub. Gömrük postunun istifadəyə verilməsi ilə əlavə olaraq gündə minədək yük avtomobilinin buraxılışının mümkün olacağı gözlənilir. Post Azərbaycanın Rusiya Federasiyası ilə sərhədində yerləşir. “Xanoba” gömrük postunun bərpasına dair qərar “Samur” gömrük postunun buraxılış yükünün azaldılması məqsədilə qəbul edilib.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər