Rusiya, Azərbaycan və Ermənistan …

 

Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər

Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.

Qeyd olunub ki, hazırda tərəflər arasında işçi qrupunun ilk iclasına hazırlıqlar aparılır. Aktual məqsəd region dövlətlərinin mehriban qonşuluq münasibətlərinin bərpası, millətlərarası və məzhəblərarası sülh və etimadın təmin olunması, Cənubi Qafqazda sabitlik və çiçəklənmə üçün şəraitin yaradılması üçün qarşıdurmadan barışığa keçidi təmin etməkdir.


Bütün xəbərlər