Rusiya Azərbaycandan üzr istədi
![](https://interval.az/wp-content/uploads/2020/01/teyyare-ucus.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
“Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib”.
Interval.Az xəbər verir ki, bu barədə APA-ya Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub:
“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, – deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.
Interval.Az
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Rusiya Azərbaycandan üzr istədi üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)