Rusiyada COVID-19-dan ölənlərin sayı 17 500-ü ötdü

Rusiyada son sutkada 4 995 nəfər koronavirusa yoluxub.

“İnterval.az” xəbər verir ki, məlumatı ölkənin Operativ Qərargahı yayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların ümumi sayı 1 009 995 nəfərə çatıb. Son sutkada 114 nəfər virusdan ölüb və koronavirusdan vəfat edənlərin sayı 17 528 nəfərə yüksəlib.

Virusa yoluxan 826 935 nəfər sağalıb.


Bütün xəbərlər