Saatlıda qəza: 4 polis yaralandı
![](https://interval.az/wp-content/uploads/2020/01/polis_11-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
İnterval.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 29-da saat 23 radələrində Saatlı rayonu M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı Rayon Polis Şöbəsinə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə vurub.
Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdirilib.
Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Saatlıda qəza: 4 polis yaralandı üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)