Siyavuş Novruzov iclas keçirəcək

Sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasının ilk iclası keçiriləcək.

“İnterval.az”ın xəbərinə görə, iclasın gündəliyinə 2 məsələ daxil edilib.

Bunlar Regional məsələlər komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat və komitənin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsidir.

Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur.


Bütün xəbərlər