Şuşada silah-sursat aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən 1 avtomat, 3 mina, 30 müxtəlif növ qumbara, 7 “Faqot” qurğusu, 12 qumbaraatan mərmisi, 6 minaatan mərmisi, 11 UZRQM partladıcısı, 7380 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Bütün xəbərlər