Təhdid olunan Hadise kömək istədi
Türkiyənin məşhur müğənnisi Hadise təhdid və şantaj edildiyini açıqlayıb.
Interval.Az xəbər verir ki, sənətçi bu barədə instaqramda paylaşım edib.
O, haqqında yalan xəbər və şayiələr yayan insanlara qarşı hüquqi proses başladacağını bildirib:
“Hər şeydən əvvəl mən bir qadın, insanam. İl yarımdır ki, bir qrup tərəfindən təqib və təhdidlərə məruz qalmışam. Bu insanların dediyinə görə, mən neçə dəfə hamilə qalıb, abort etmişəm. Onlar ötən günlərdə göz həkimindən çıxarkən yenə abort etdirdiyimi söylədi. Bu adamlara görə məşuqə də oldum. İl yarımdır ki, bu insanlar tərəfindən şantaj olunuram. İnsan deyirəm, amma bu insanlığa yaraşan bir şey deyil. Onların materialı deyiləm, insanam. Bu adamlar sözün əsl mənasında şəxsi həyatıma qəsd edirlər. Şantaj, hədə-qorxu… Sırf Hadisə olduğum üçün bunu asanlıqla edə biləcəklərini düşünürlər?”.
İfaçı məsələylə bağlı Türkiyənin Ədliyyə Nazirliyinə müraciət edib:
“Artıq bütün qadınlara, ədliyyə nazirimizə, ədliyyə sistemimizə səslənirəm. Bu, şantajdır, təhdiddir, şəxsi həyatıma rəsmi təcavüzdür! Heç bir məşhuru və qadını bu cür təhdid, şantaj etmək olmaz. Bu təcavüzün qarşısını almaq üçün mübarizə aparacam! Təkcə özüm üçün deyil, mənimlə eyni şeyləri yaşamış və yaşayacaq qadınlar və qadın həmkarlarım üçün mübarizə aparacağam.
Sən kimsən? Sən Allahsan? Mənim bu dünyada heç kimə verəcəyim hesabım yoxdur! Burada mən türk ədalətinə səslənirəm və ona güvənirəm. Hər kəs haqqında beldən aşağı danışmaq haqqı görən bu maqazin proqramları mütləq nəzarət altına alınmalıdır. Sizin maqazin dediyiniz şey insanları təhdid etmək deyil”.
Yıldray Arslan
Interval.Az