Ali Kınık Bakıda  Şəhidlər xiyabanında…

Türk dünyasının xalq yaradıcılığı musiqisinin söz yazarı və bəstəkarı Ali Kınık ansambl üzvləri və tədbir təşkilatçıları ilə Bakıda Şəhidlər xiyabanını ziyarət etdilər.

 

 MHUİB-nin sədr müavini Zamiq Yunisov İnterval.Az -a bildirbki,    Ali Kınık “Əbədi məşəl” abidəsinin önünə əklil qoyduqdan sonra, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən  qonağa Şəhidlər xiyabanı və  Bakı Türk Şəhidləri  barədə geniş məlumat verildi.

Daha sonra Ali Kınık və heyət Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri,

         

müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək,

 

Ulu Öndərin abidəsi önünə əklil qoyublar.

 

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.


Ayan Zamiqqızı 

İnterval.Az 

 

 

  

 

 

 


Bütün xəbərlər