Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb
![](https://interval.az/wp-content/uploads/2022/01/erdogan-afrika.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb.
Interval.az xəbər verir ki, bununla bağlı qərar Rəsmi Gazete-də dərc olunub.
Məlumatda bildirilir ki, qaz tədarükünün uzadılması haqqında memorandum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilib.
Qeyd edək ki, memorandum 2021-ci ilin dekabrında Bakıda Azərbaycan energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz tərəfindən imzalanıb.
Sənəd Türkiyənin BOTAŞ şirkəti tərəfindən 2024-cü il dekabrın 31-dək illik 1,7 milyard kubmetrədək qazın “SOCAR Turkey Energy” şirkətinin ehtiyaclarının təmin olunması üçün “SOCAR Türkiye Refining” şirkətinə tədarükünü nəzərdə tutur.
Interval.az
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)