Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb
![](https://interval.az/wp-content/uploads/2020/02/829805.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb.
İnterval.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ötən ay Türkiyədən Azərbaycana 2,466 milyon dollar məbləğində tekstil xammalı ixrac edilib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 65,6 faiz çoxdur.
Hesabat dövründə Türkiyə dünya bazarına 673,702 milyon dollar məbləğində tekstil xammalı ixrac edib. Bu göstərici 2019-cu ilin yanvarı ilə müqayisədə 0,28 faiz azdır.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)