Türkiyədə zəlzələdə ölənlərin sayı 5894 oldu, 34810 yaralı var, 5775 bina dağılıb – YENİLƏNİB – VIDEO – FOTO
01:18
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 5894 nəfərə, yaralananların sayı isə 34.810 nəfərə çatıb.
07.02.2023
22:47
Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı artıb.
Son məlumata görə, 5 434 nəfər həyatını itirib, 31 777 nəfər xəsarət alıb.
20:52
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə yüksəlib.
Trend Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə AFAD açıqlama yayıb.
Qeyd edilib ki, yaralıların sayı 26 721 nəfərə çatıb.
——–
19:55
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 703-ə yüksəlib.
Interval.Az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Qeyd edilib ki, yaralıların sayı 22 286 nəfərə çatıb.
15:56
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb. Təbii fəlakət nəticəsində 22 168 nəfər yaralanıb.
——-
13:51
Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı sayı artıb.
Milli.Az xəbər verir ki, son məlumata görə, 3432 nəfər həyatını itirib, 21103 nəfər xəsarət alıb.
——–
12:44
Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı sayı artıb.
Milli.Az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, son məlumata görə, 3419 nəfər həyatını itirib, 20 534 nəfər xəsarət alıb.
——–
10:44
Türkiyədə zəlzələdə ölən və yaralananların sayı artıb.
Interval.Az xəbər verir ki, AFAD-ın nümayəndəsi bildirib ki, 3 381 nəfər həyatını itirib.
Qeyd edilib ki, 20436 yaralı var. Zəlzələ nəticəsindı 5775 bina dağılıb, 11302 bina ciddi zədələnib.
———
07:02
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 2800-u ötüb.
Bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.
Türkiyədəki zəlzələ nəticəsində həlak olanların sayı 2 921, yaralananların sayı isə 15 834 nəfərə çatıb.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərlərində səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin bir çox bölgəsində hiss olunub. Günorta saatlarında şəhərdə yenidən 7,6 bal gücündə zəlzələ qeydə alınıb.
06.02.2023
23:12
Interval.Az bildirir ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1762-yə yüksəldi.
———-
21:39
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralananların sayı isə 11 119-a yüksəlib.
Interval.Az Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca deyib.
“7,7 bal gücündə baş verən zəlzələdə ölənlərin sayı 1651 nəfər yüksəlib, 11 119 nəfər yaralanıb, 3 471 bina dağılıb”, – deyə nazir bildirib.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
———
19:41
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralananların sayı isə 8 733-ə yüksəlib.
——–
18:28
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 498-ə, yaralananların sayı isə 8 533-ə yüksəlib.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
——-
17:39
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1121-ə, yaralananların sayı isə 7634-ə yüksəlib.
——–
17:25
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 7003-ə çatıb.
——-
16:12
Türkiyə zəlzələ nəticəsində 1014 nəfər həlak olub.
——-
14:11
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.
912 nəfər həyatını itirib, 5385 nəfər yaralanıb.
Interval.Az bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
———
11:42
“Kahramanmaraşda 70 nəfər ölüb, 200 yaralı var, 300 bina dağılıb. Bu sayın artacağı gözlənilir”.
Interval.Az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib. Onun sözlərinə görə, Hatayda 4 nəfər həlak olub, 7 yaralı var, 300 bina dağılıb:
“Osmaniyədə 20 nəfər həlak olub, 200 yaralı var, 83 bina dağılıb. Adıyamanda 13 nəfər həlak olub, 22 yaralı var, 100 bina dağılıb. Diyarbəkirdə 14 nəfər həlak olub, 226 yaralı var, 20 bina dağılıb. Şanlıurfada 18 nəfər ölüb, 200 yaralı var, 60 bina dağılıb. Qaziantepdə 80 nəfər həlak olub, 600 yaralı var, 581 bina dağılıb. Kilisdə 8 nəfər ölüb, 200 yaralı var. 50 bina dağılıb. Adanada 10 nəfər həlak olub, 118 yaralı var. 16 bina dağılıb. Malatyada 47 nəfər həlak olub, 550 yaralı var, 300 bina dağılıb”.
Fuat Oktay qeyd edib ki, Kahramanmaraş və Qaziantepdə mülki uçuşlar dayandırılıb.
———
11:05
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.
Interval.Az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.
O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.
———
08:51
Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfəri keçib, 440 nəfər yaralıdır.
Interval.Az bildirir ki, bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.
Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.
Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
———-
08:31
Bazar ertəsi Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.
Interval.Az bildirir ki, bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.
———-
08:21
Interval.Az bildirir ki, Şanlıurfa Valisi Salih Ayhanın sözlərinə görə, zəlzələdə 17 nəfər ölüb, 30 nəfər yaralanıb.
Malatya Valisi Hulusi Şahin bildirib ki, zəlzələdə 23 nəfər ölüb, 420 nəfər yaralanıb.
Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.
Bu barədə şəhərin valisi Hulusi Şahin bildirib.
Onun sözlərinə görə, bölgədə 140 dağılmış bina var.
* * *
İsrailin Ankaradakı səfirliyi zəlzələnin yol açdığı dağıntılar və tələfatlarla bağlı Türkiyəyə başsağlığı verib.
Bununla bağlı diplomatik korpusun tviter səhifəsində müvafiq paylaşım edilib.
“Bu gün sabaha sarı yaşanan zəlzələdən sonra qəlbimiz və dualarımız türk xalqının yanındadır. Həlak olanların sevənlərinə və türk xalqına başsağlığı verir, yaralılara şəfa diləyirik”, – tvitdə qeyd olunub.
* * *
Türkiyənin Diyarbakır şəhərində ölkənin böyük hissəsini əhatə edən zəlzələ nəticəsində 6 nəfər ölüb, 79 nəfər yaralanıb.
Bu barədə şəhərin valisi Ali İhsan Su bildirib.
“6 bina dağılıb, 6 vətəndaşımız həlak olub, 79 nəfər yaralanıb”, – o vurğulayıb.
* * *
Türkiyənin Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Bu barədə şəhərin valisi Salih Ayhan məlumat verib.
Onun sözlərinə görə, yaralananların sayı 30-dur.
* * *
Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
Dağıntılar altından artıq 6 nəfərin meyiti çıxarılıb.
Dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.
———
Türkiyədə 7,4 bal gücündə zəlzələdən sonra dağılan əyalətlər:
▪️Kahramanmaraş
▪️Osmaniye
▪️Hatay
▪️Qaziantep
▪️Malatya
▪️Adiyaman
▪️Adana
▪️Kilis
▪️Diyarbəkir
▪️Şanlıurfa
07:43
Türkiyənin Malatya şəhərində 130 bina dağılıb, 100-dən çox yaralı var, 3 nəfərin meyiti isə dağıntılar altından çıxarılıb.
Interval.Az bildirir ki, bu barədə şəhərin valisi Hulusi Şahin deyib.
“Axtarış-xilasetmə əməliyyatları davam edir”, – şəhərin valisi vurğulayıb.
Türkiyədə zəlzələ zonasında 4-cü dərəcəli həyəcan elan edilib.
Bunu daxili işlər naziri Süleyman Soylu deyib.
“4-cü dərəcəli həyəcan elan edilib. Hələlik dağıntı və tələfat barədə konkret məlumat yoxdur” – deyə nazir bildirib.
Interval.Az bildirir ki, Türkiyənin Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfərin öldüyü bildirilib.
Rəqəmləri şəhərin valisi Salih Ayhan açıqlayıb.
“İlkin məlumata görə, 16 bina dağılıb. 10 vətəndaş ölüb. Vətəndaşları yolları xilasedicilər üçün boşaltmağa çağırırıq”, – o vurğulayıb.
Türkiyənin Adana şəhərində 17 və 14 mərtəbəli yaşayış binası tamamilə dağılıb.
Bu barədə şəhərin meri Zeydan Karalar deyib.
Bildirilib ki, ilkin məlumata görə, hazırda şəhərdə ümumilikdə 3 bina çöküb. Dağıntılar altında xeyli sayda insanın qaldığı güman edilir.
Türkiyənin Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.
Bildirilib ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.
———-
07:20
Türkiyədə zəlzələ zonasında 4-cü dərəcəli həyəcan elan edilib.
Interval.Az bildirir ki, bunu daxili işlər naziri Süleyman Soylu deyib.
“4-cü dərəcəli həyəcan elan edilib. Hələlik dağıntı və tələfat barədə konkret məlumat yoxdur” – deyə nazir bildirib.
———-
07:00
Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.
Interval.Az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb.
Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə – Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.
——–
05:30
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.
Interval.Az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub.
Adıyamanda çoxlu binanın dağıldığı bildirilib.
Zamiq Yunisov
Yıldıray Arslan
Nərmin Cabbarova
Interval.Az
Məqaləyə dair fotomateriallar: