Türkiyədə aztəmianatlı azərbaycanlı ailələrə yardım edildi

İstanbulda yaşayan aztəmianatlı azərbaycanlı ailələrə dəstək məqsədilə növbəti dəfə xeyriyyə aksiyası keçirilib.

“İnterval.az”ın Türkiyə bürosu xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, İstanbulda fəaliyyət göstərən “Dünya Azərbaycanlıları Yazarlar və Media”, eləcə də “İstanbul Azərbaycan Dostluq” dərnəklərinin təşkilatçılığı ilə baş tutub.

Aksiya çərçivəsində 844 nəfər olmaqla ümumilikdə  210 ailəyə maddi yardım göstərilib.

Yardım göstərilənlərin əksəriyyəti 1990-cı illərdə İstanbula gələn və burada məskunlaşan ailələrdir. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar bəzi iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılması bütün dünyada olduğu kimi, onların da gündəlik həyatına mənfi təsir göstərib. Mövcud vəziyyəti Diasporla İş üzrə Dövlət Komitəsi nəzarətə götürüb və onlara lazımi yardımlar göstərilir.

Qeyd edək ki, bugünədək adıgedən dərnəklərin birgə təşkilatçılığı ilə ümumilikdə mindən çox ailəyə yardım edilib. Bu ailələrin 39-u tənha analar, 18-i isə doğuşdan əlilliyi olan uşaqlı ailələrdir.


Bütün xəbərlər