“Türkün şanlı zəfəri” Bosniya və Herseqovinada qeyd edilib
Bosniya və Herseqovinada “Türkün şanlı zəfəri” qeyd edilib Interval.Az bildirir ki,
17 fevral 2023-cü il tarixində Bosniya və Herseqovinanın Zenitsa şəhərində Azərbaycan Gənclər Fondunun dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan – Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi “Be A Flower” dərnəyinin tərəfdaşlığı ilə “Türkün Şanlı Zəfəri” layihəsi çərçivəsində tədbir təşkil edilmişdir. Tədbirdə 4 ölkədən, Bosniya və Herseqovina, Azərbaycan, Türkiyə və Belçikadan qonaqlar, gənclər, qazilər və Srebrenitsa şəhidlərinin ailələri iştirak ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Bosniya və Herseqovinanın, Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib. Daha sonra layihənin koordinatoru, Azərbaycan – Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova layihə barədə, 44 günlük Qarabağ müharibəsi və Zəfərin tarixi haqqında məlumat verib. Çıxışdan sonra 44 günlük müharibədən bəhs edən videoçarx izlənildi. “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev Xocalı və Srebrenitsa soyqırımları və təşkilatın fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Azərbaycan Gənclər Fondunun nümayəndəsi Pərvanə Cəlallı fondun gördüyü işlər və könüllülük fəaliyyəti haqqında məlumat verib. “Be A Flower” dərnəyinin rəhbəri Nazlıhan Günaydın Azərbaycan, Türkiyə və Bosniya və Herseqovinada dostluq və qardaşlığın əhəmiyyətinə diqqət çəkərək, birlikdə həyata keçirilə biləcək layihələr haqqında danışıb. Bosniya və Herseqovina Qazilər Dərnəyinin rəhbəri Harun Hodzic çıxışına şəhidlərə rəhmət və qazilərə təşəkkürlə başlayıb. O, belə layihələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tədbirin moderatorluğu “Be A Flower” dərnəyinin Bosniya və Herseqovina nümayəndəsi Elvisa Kovakeviç tərəfindən və Türk – Bosniya və Herseqovina dillərində tərcümə edilib. Həmçinin tədbirdə Azərbaycan Gənclər Fondunun əməkdaşı Təhminə Həmidli, Zenitsa Universitetinin rektoru Yusuf Durakoviç, Dos. Dr. Sedat Dediç də iştirak edib. İki saat davam edən tədbir sonunda spikerlərə təşəkkür plaketləri, Azərbaycana aid hədiyyələr, xarıbülbül döş nişanları, Azərbaycan bayraqları, “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış broşürlər,bukletlər, bilərziklər təqdim olunub, xatirə şəkli çəkdirilib .
Nərmin Cabbarova
Interval.Az
Məqaləyə dair fotomateriallar:
.