Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada toplaşıb – FOTO
![](https://interval.az/wp-content/uploads/2023/07/1132810_1_1-845x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.
İnterval.Az bildirir ki, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.
Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək. Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq. Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.
Zamiq Yunisov
İnterval.Az
Məqaləyə dair fotomateriallar:
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada toplaşıb – FOTO üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)