Vilayət Eyvazov daha bir polis rəisini İŞDƏN ÇIXARDI – FOTO
![](https://interval.az/wp-content/uploads/2020/02/823323-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Bakı şəhəri Nəsimi rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsindən azad edilib.
İnterval.Az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmri ilə Nəsimi rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov xidmətdə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Faktı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Vilayət Eyvazov daha bir polis rəisini İŞDƏN ÇIXARDI – FOTO üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)