Whatsapp-ın əsas problemlərindən biri aradan qaldırılacaq

    Whatsapp messencerinin narahatlıq yaradan əsas özəlliklərindən biri də faylların mübadiləsi zamanı smartfondakı yaddaşın dolmasıdır. Smartfondakı yaddaşı azad etmək üçün istifadəçilər ya fərdi şəkildə böyük həcmli faylları silməli ya da bütün keşi tamamilə təmizləməlidirlər. Lakin yaxın zamanda bu vəziyyət yaxşıya doğru düzələ bilər. Belə ki, məlumata əsasən tərtibatçılar messencerdə genişləndirilmiş multimedia imkanlarını test edirlər.

    Bu barədə WABetaInfo saytı xəbər verib. Sözügedən saytın mütəxəssisləri qapalı beta test mərhələsində olan yeni Whatsapp versiyasının interfeysinin fotosunu təqdim ediblər. Fotodan da görmək olar ki, yaxın zamanda messencerə fayl meneceri inteqrasiya ediləcək. Həmin fayl meneceri vasitəsilə istifadəçilər çatlardakı multimedia kontentlərinin yerləşdikləri yaddaş həcmini idarə edə biləcəklər.

    Bununla yanaşı insayderlər xəbər veriblər ki, Whatsapp-a həmçinin yaddaşın smart təmizlənməsi funksiyası da əlavə ediləcək. Həmin funksiya daxili yaddaşda hansı kontentlərin daha böyük həcmə sahib olduqlarını istifadəçiyə təqdim edəcək. Bu yeni özəlliklərin messencerə nə zaman əlavə ediləcəkləri barəsində bir məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər