“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək

“WhatsApp” messencerində böyük həcmli mesaj massivi ilə işləməyi asanlaşdıracaq “Read Later” (sonra oxumaq) funksiyası istifadəyə veriləcək.

Yeni funksiya “Archive”i (arxiv) əvəz edəcək. Yeni funksiya messencerin “Android” üçün versiyalarında beta sınaqdan keçirilir. Tezliklə başqa platformalar üçün də əlçatan ola bilər.

Əvvəllər arxivləşdirmə vaxtı istifadəçiyə mesaj göndərilməsi dayandırılırdı, indi isə bölmə yuxarıda bərkidiləcək, istifadəçilər mesajları həmin bölmədə görə biləcək, amma bildiriş gəlməyəcək.


Bütün xəbərlər