Xalq artisti Mübariz Tağiyev Gəncə Dövlət Filarmoniyasinda ilk dəfə solo konsert proqrami ilə çıxış edib

 

  İnterval.Az bildirir ki,   Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında  Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev “Xatirə” adlı konsert proqramı ilə çıxış edib.

Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə konsertdə müğənninin ifasında sevilən mahnıları tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.

Həmçinin gecədə filarmoniyanın solistləri Əməkdar mədəniyyət işçisi  Mehparə Cəfərova, Samir Məmmədov, Yaqub Yaqubzadə, Əli Məmmədov, Azər Verdiyev,  Vasif Bayramov sənətkarın repertuarından mahnılar ifa ediblər.

Konserti Şəhriyar Tağıyevin rəhbərliyi Estrada Ansamblı müşayiət edib.

Ayan Zamiqqızı

İnterval.Az 

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər