Xalqımız hər gün bu şərəfli tarixi təkrar və bir daha yaşayır!

Möhtəşəm qələbəmizin  qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərərək şanlı tariximizin yeni və silinməz qəhrəmanlıq tarixini yazdı. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə  olduğu kimi mənəvi dəyərlərin də əbədi yüksəlişinə təkan verdi.

Xalqımız hər gün bu şərəfli tarixi təkrar və bir daha yaşayır.

Vətənsevər insanlarımızla hər görüşümüz bizə yenidən ümidli sabahları yaşadır.

Elə bu görüşlərdən biri də Azərbaycanımızın dilbər guşəsi Naxçıvanda Səlim Seyidov  adlı zəhmətkeş , qəlbi vətən sevgisiylə çağlayan qardaşımız ilə oldu.

Ali Baş Komandanın xalqa müraciətilərində səsləndirdiyi və tezliklə millətimizin dilində şüara çevrilən ifadələrdən birini şirniyyat üzərində həkk etdirib qarşımıza çıxan  Səlim gözlərindəki qürurlu sevinclə söhbətə başladı. Vətənini canından çox sevən Səlim oqədər maraqlı həmsöhbət idi ki, zamanın necə keçdiyini belə hiss etmədik. Xalqına vətəninə və bu vatən uğrunda canından keçənlərə sədaqət və ehtiramının tərənnümü kimi hətta sinədən bir  şer də söylədi. Çox təbii və səmimi qəlbdən gələn həmin şeri sizlərlə də bölüşməyi özümüzə borc bildik.

Biz bu rəşadətli müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin qəhrəmanlığı hesabına, Ali Baş Komandanımızın dəqiq və uzaqgörən siyasəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!  Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!

 

 


Bütün xəbərlər