Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi


Prezident İlham Əliyev X.B.Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Bağı oğlu Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin”.

Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi üçün şərhlər bağlıdır
Bütün xəbərlər
