Yeni büdcəli OnePlus smartfonunun texniki özəllikləri barəsində məlumatlar verilib

 Insayderlərin verdikləri məlumatlara əsasən OnePlus Nord modelinin satışa çıxması şirkətin büdcəli smartfonlar seriyasının ilk mərhələsi idi. Sızdırılmış yeni məlumata əsasən isə OnePlus daha büdcəli smartfon üzərində çalışır. Bu barədə Androidcentral saytı xəbər verib. İnsayderlər OnePlus şirkətinin Clover kod adına sahib yeni büdcəli smartfon modelinin texniki özəllikləri barəsində məlumatları təqdim ediblər.

    Beləliklə təqdim edilmiş məlumata əsasən yeni büdəli OnePlus modeli 1560×720 piksel keyfiyyətli 6.52 düym ekran, Snapdragon 460 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi, 13.2 MP + 2 MP ikili arxa kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Barmaq izi skanı texnologiyasının arxa paneldə yerləşəcəyi güman edilir. Gözləntilərə əsasən yeni büdcəli OnePlus modeli ilin sonuna kimi təqdim olunacaq və həm ABŞ-da həm də Avropada 200$ qiymətində satılacaq.


Bütün xəbərlər