Yeni seçilən deputatlara vəsiqələri təqdim edilib


Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni seçilən deputatlara vəsiqələri təqdim edilib.
İnterval.Az Trend-ə istinadən xəbər verir ki, vəsiqələri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib.
MSK sədri çıxış edərək bildirib ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib:
“Proseslər tamamilə başa çatıb, siz fəaliyyətə başlamısınız. Sizə uğurlar arzu edirik. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq da bu gün sizlərə vəsiqələr təqdim edilir. Sizi ürəkdən təbrik edirəm”.

Yeni seçilən deputatlara vəsiqələri təqdim edilib üçün şərhlər bağlıdır
Bütün xəbərlər
