Zamiq Yunisov “MHUİB”-in fəaliyyəti haqqında açıqlama verdi.

İnterval.Az-a açıqlamasında Müəllif Hüquqları Uğrunda İctimai Birliyin İdarə
Heyəti Sədrinin müavini Zamiq Yunisov  müəllif hüquqlarının qorunması və idarə
edilməsi məsələləri ilə bağlı aşağıdakıları bildirib: Müəllif Hüquqları Uğrundaİctimai Birliyi könüllü üzvlük və hüquq bərabərliyi prinsiplərinə əsaslanan, musiqili
əsər müəlliflərin hüquqlarının qorunması, onlara müxtəlif istifadəçilər tərəfindən
ödənilməli olan qonorarların yığılması və müəlliflər arasında bölünməsi, həmçinin
musiqili əsər müəlliflərinin hüquqlarını pozan şəxslərin qanunsuz fəaliyyətlərinin
qarşısının alınması məqsədilə yaradılmışdır. Müəllif hüquqları ilə bağlı müddəalar
Azərbaycan Respublikasının Konstitusiyasında, “Qeyri-hökumət təşkilatları (ictimai
birlik və fondlar) haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar  haqqında"
Azərbaycan Respublikası qanunlarında, digər qanunvericilik aktlarında və
Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə
tutulur.
“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi 16 iyun 2021-ci il tarixdə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yeni dəyişikliklərlə dövlət
qeydiyyatına alınmış və “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında
Azərbaycan Respublikasının Qanununun 41.3-cü maddəsinin tələbinə uyğun
olaraq, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi 27 dekabr
2021-ci il tarixdə  Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində
qeydiyyatdan (akkreditasiyadan) keçmiş və təşkilata şəhadətnamə verilmişdir.
Hazırda Birliyin 300-dən artıq üzvü vardır və Birlik öz fəaliyyət seqmentinə
uyğun olaraq musiqili əsər müəlliflərin əmlak hüquqlarının təmin edilməsi və
bununla əlaqədar həmin hüquqların kollektiv əsasda idarə edilməsi ilə bağlı zəruri
işləri (bildiriş və məktubların göndərilməsi, müqavilələrin bağlanması və s.) görür.
Qeyd etmək lazımdır ki, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi musiqili
əsər müəlliflərinin hüquqlarının təkcə Azərbaycanda deyil, ölkə xaricində də
qorunması üçün digər dövlətlərin müvafiq təşkilatları və beynəlxalq qurumlarla sıx
əməkdaşlıq qurmaq istiqamətində addımlar atır. Bu məqsədlə yaxın vaxtlarda
beynəlxalq qurumlarla layihələrin həyata keçirilməsi, müəllif hüquqlarının
qorunması və daha yüksək səviyyədə təmin edilməsi üçün digər xarici təşkilatlarla
birgə monitorinqlər aparılması və müvafiq müqavilələrin imzalanması
istiqamətində işlər davam etdirilir. Artıq Türkiyə Cümhuriyyəti, Rusiya
Federasiyası, Özbəkistan Respublikasının müvafiq təşkilatları ilə müəllif
hüquqlarının qorunması sahəsində əməkdaşlıq haqqında müqavilələr
bağlanmışdır.
İctimai Birlik olaraq bildiririk ki, musiqili əsər müəlliflərinin hüquqlarının
qorunması sahəsində bütün əlaqəli orqan və təşkilatlarla əməkdaşlıq etməyə
hazırıq.
Ayla Qafqazlı

İnterval.Az 

 


Bütün xəbərlər