Zinəddin Zidan: “”Real”dan getmək fikrində deyiləm”

“Ötən il biz La Liqanın qalibi adını qazanmışıq. Biz, “Real”… Bəlkə də gələn mövsüm dəyişikliklər etməli olacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan deyib.

Son vaxtlar qeydə alınan uğursuz nəticələr səbəbindən istefası gündəmdə olan fransalı mütəxəssis gedişi barədə sual qarşısında qəzəblənib: “Amma indi mübarizə aparmaq hüququmuz var. Gəlin, mübarizə aparaq. Biz 10 il əvvəl deyil, ötən il çempionluğa yiyələnmişik. Buna hörmətlə yanaşın. Əgər insanlar mənim getməyimi istəsə də, mən getmək fikrində deyiləm. Oyunçular da həmçinin”.

Zidan jurnalistlərə qarşı sərt davranmaqdan da çəkinməyib: “Siz jurnalistlər çox danışırsınız. Amma məsuliyyəti üzərinizə götürməlisiniz.  Üzümə deyin ki, sənin getməyini istəyirəm. Bunu arxamca deyil, üzümə deməlisən. Komandaya mən cavabdehəm. Bu gün mən getməliyəm, sabah yox, sonra heç-heçə edib və ya uduzanda yenə istefa barədə söhbətlər çıxır. Hər dəfə pis oyun olanda bu barədə soruşurlar. Belə münasibətə layiq deyiləm. Mən qəzəbliyəm. Koronavirusa görə iki həftə təcrid olunmuşdum. İndi sonadək mübarizə aparmaq istəyirəm”.


Bütün xəbərlər