“8-ci dərs” başlayır… – FOTO

Azərbaycan Film Akademiyasının internet serialı çərçivəsində növbəti layihə "8-ci dərs" adlı filmidir.

Hadisələr orta məktəbdə cərəyan edəcək. Filmin mövzusu məktəbli həyatından bəhs edəcək, məqsədi isə Azərbaycanda orta məktəbdə təhsil alan yeniyetmələrin həmin illərdən daha səmərəli istifadə etməsinə xidmət edəcək.

Bu barədə İnterval.Az-a layihənin təşkilatçıları məlumat verib.

Layihə Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Bununla bağlı Azərbaycan Film Akademiyası yaş aralığı 17-20 yaş olan rol almaq istəyən aktyor və aktrisaları filmə dəvət edir. +994556074049 (Tural Əliyev) nömrəsiylə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərsiniz.
Layihə eyni zamanda Azərbaycanda uşaq və yeniyetmələrin aktyorluq bacarıqlarının üzə çıxarılmasına dəstək olacaq.

Azərbaycan Film Akademiyası Azərbaycanda “Netflix” formatını tətbiq edir. İlk olaraq artıq “Sayrışan İşıqlar” adlı tibbi mövzuda internet serialının 1-ci seriyası yayımlanıb.


Bütün xəbərlər