Türkiyə Səfirliyindən Ermənistana humanitar tibbi yardım iddiaları ilə bağlı AÇIQLAMA


Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.
İnterval.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata əsasən, sözügedən məlumatlar həqiqətə uyğun deyil.
“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildirir ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bundan başqa hər hansı bir yardımdan söhbət gedə bilməz”, – deyə səfirlikdən bildirilib.

Türkiyə Səfirliyindən Ermənistana humanitar tibbi yardım iddiaları ilə bağlı AÇIQLAMA üçün şərhlər bağlıdır
Bütün xəbərlər


























































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































